OPEC Azərbaycana dair proqnozunu azaldıb

OPEC Azərbaycana dair proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ilin IV rübündə Azərbaycanda gündəlik neft hasilatının həcminə dair proqnozunu 20 min barrel azaldaraq 790 min barelə endirib.

Oilgas.az xəbər verir ki, bu barədə OPEC-in bu ay açıqladığı hesabatda qeyd edilib.

Sənəddə deyilir ik, iyulda Azərbaycanda gündəlik neft hasilatının həcmi 10 min barrel artırılaraq 800 min barrelə çatdırılıb.

Xatırladaq ki, 10 dekabr 2016-cı ildə Vyanada (Avstriya) imzalanmış sazişə görə Azərbaycan gündəlik hasilatı 35 min barrel azaltmaq barədə öhdəlik götürmüşdü.

Ötən il dekabrın 7-də OPEC+ formatında keçirilən nazirlərin V müşavirəsində gündəlik neft hasilatının həcminin 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barrel azaldılması barədə razılaq əldə edilib.

Bu il iyulun 1-dən bu razılığın müddəti gələn ilin I rübünün sonuna qədər uzadılıb.

31 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ