OPEC 2021-ci ildə neftə tələbatın artacağını proqnozlaşdırır

OPEC 2021-ci ildə neftə tələbatın artacağını proqnozlaşdırır

2020-ci ildə neftə qlobal gündəlik tələbat proqnozu 100 min barel artırılaraq 90,7 mln barelə çatdırılıb.  

Oilgas.az-ın məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilib.

Lakin bu göstərici 2019-cu illə müqayisədə 8,9 mln barel azalma deməkdir.

Proqnoza görə, eyni zamanda 2021-ci ildə gündəlik maye karbohidrogen istehlakı 7 mln barel artaraq 97,7 mln barelə çatacaq. Kartelin hesabatında deyilir ki, lakin istehlak COVID-19 pandemiyasından əvvəlki səviyyədən aşağı olacaq.

İlkin məlumatlar göstərib ki, may ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏT) ölkələrinin ümumi kommersiya ehtiyatları ardıcıl olaraq üçüncü ay 29,9 mln barel artaraq aprel ayı ilə müqayisədə 3,167 mlrd barelə çatıb. Bu göstərici keçən ilin eyni analoji dövrü ilə müqayisədə 233,2 mln barel, beş illik orta göstəricidən isə 209.5 mln barel çoxdur.

Eyni zamanda neft ehtiyatları əvvəlki bir ayla müqayisədə 9,7 mln barel, neft məhsulları isə 20,2 mln barel artıb.

İyun ayı üçün ilkin məlumatlara əsasən, ABŞ-da ümumi kommersiya neft ehtiyatları bir ayda 31,7 mln barel artaraq 1,462 mlrd barel təşkil edib. Bu göstərici bir il əvvəlki dövrə nisbətən 158 mln barel, son beş ildə isə orta göstəricidən 173 mln barel çoxdur. ABŞ-da neft və neft məhsulları ehtiyatları müvafiq olaraq 6,8 mln barel və 24.9 mln barel artıb.

107 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ