Bloomberg: OPEC+ 2018-ci ilin sonuna qədər uzadıldı

Bloomberg: OPEC+ 2018-ci ilin sonuna qədər uzadıldı

OPEC ölkələri neft hasilatının azaldılmasıyla bağlı sazişin müddətinin 9 ay – 2018-ci ilin sonuna qədər uzadılması barədə razılaşıblar.

OilGas.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Bununla yanaşı ölkələr sazişin nəticələrini gələn ilin ortalarında analiz etməyi qərarlaşdırıblar.

“Biz iyunda yenidən görüşəcəyik. Bu zaman sadəcə ilin ilk yarımilliyində öhdəliklərə necə əməl etdiyimizə baxmayacağıq. 2018-ci ilin üçüncü və dördüncü rüblərində perspektivlərimizi də nəzərdən keçirəcəyik. Və buna uyğun olaraq fəaliyyət göstərəcəyik”, -deyə Səudiyyə Ərəbistanının sənaye və energetika naziri Xalid əl-Falih deyib.

Ekspertlərin fikrincə, başlıca risk ondan ibarətdir ki, neft qiymətlərinin 60 dollardan daha yüksək olması ABŞ və Kanadada hasilatın artırılmasına səbəb ola bilər. Bu isə yenidən bazarda balansı poza bilər.

OilGas.az

107 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ