Ölkədə benzin böhranı: Gediş haqqı 2 dəfə artırıldı

Ölkədə benzin böhranı: Gediş haqqı 2 dəfə artırıldı

Nigeriyada yaşanan benzin qıtlığıyla əlaqədar sərnişin daşıyan nəqliyyat vasitələrində gediş haqqı 2 dəfə artırılıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə bir çox yanacaqdoldurma məntəqələri bağlandığı üçün açıq olan yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.

Gediş haqqı 200 dəfə artırıldığı üçün Yeni il tətili olmasına baxmayaraq, insanlar evdən bayıra çıxmır.

Nigeriya prezidenti Məhəmməd Buhari böhranın daha da dərinləşəcəyinə işarə edərək insanları təmkinli olmağa çağırıb.

Nigeriya Neft Nazirliyi açıqlama verərək məsələni yaxından izlədiklərini və qısa zamanda problemin həll yolunu tapacaqlarını qeyd edib.

OilGas.az

385 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ