Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Novak söz verdi: Rusiya OPEC+ sazişinə mayda tam əməl edəcək
Rusiya şirkətləri may ayında neft hasilatının azaldılmasına dair sazişin (OPEC+) şərtlərini tamamilə yerinə yetirməyə çalışacaqlar.
OilGas.az xəbər verir ki, bunu Rusiyada energetika naziri vəzifəsini icra edən Aleksandr Novak deyib. O, sazişi 100% yerinə yetirməyin Rusiyanın məqsədi olduğunu vurğulayıb.
Qeyd edək ki, mart və aprel aylarında Rusiya OPEC+ çərçivəsində götürdüyü öhdəliklərə müvafiq olaraq 93,4% və 95,2% əməl edib.
Xatırladaq ki, 2016-cı ilin sonlarında OPEC və kartelə daxil olmayan bir qrup neft istehsalçısı olan ölkə neft hasilatının azaldılmasına dair saziş imzalayıb. Saziş ilk olaraq 2017-ci ilin birinci yarımilliyi üçün nəzərdə tutulsa da, sonradan müddəti 2018-ci ilin sonuna qədər uzadılıb. Saziş çərçivəsində Rusiya gündəlik hasilatı 300 min barel azaltmaq barədə öhdəlik götürüb.
MÜZAKİRƏ