Ötən il Norveç elektrik enerjisinin 96%-ni sudan istehsal edib

Ötən il Norveç elektrik enerjisinin 96%-ni sudan istehsal edib

2016-cı ildə Norveç elektrik enerjisinin 96,2 faizini su elektrik stansiyalarından istehsal edib.

OilGas.az xəbər verir ki, bu barədə Norveç Statistika İdarəsinin cümə günü dərc olunan hesabatında deyilir.

Ölkənin su elektrik stansiyalarından elektrik enerjisi istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz artıb.

Skansinaviya ölkəsi saatda 148,9 gigawatt elektrik enerjisi istehsal edir. Bunun 143,4 gigawatt/saatı hidroenerjinin payına düşür.

328 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ