Nəhəng neft yatağında hasilat yenidən dayandırıldı – Müəmma

Nəhəng neft yatağında hasilat yenidən dayandırıldı – Müəmma

Liviyanın ən nəhəng neft yatağı olan “Şarara”da hasilat yenidən dayanıb.

OilGas.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Hasilat yataqdan Ez-Zaviya şəhərində yerləşən neft emalı zavodundakı terminala gedən boru kəmərinin bağlanmasından sonra dayanıb.

Kəmərin hansı səbəbdən bağlandığı və hasilatın hələ nə qədər dayandırılacağı məlum deyil.

Qeyd edək ki, martın 1-ə olan göstəricilərə əsasən, Liviyada ümumi neft hasilatı həcmi gündəlik 1,1 mln. barel təşkil edib. Hasilatın 300 min bareli “Şarara” yatağının payına düşüb.

Xatırladaq ki, 2014-cü ilin noyabrından 2016-cı ilin dekabrına qədər “Şarara” yatağına birləşən kəmər “neft obyektlərinin mühafizəsi” (Petroleum Facilities Guard) qruplaşması tərəfindən bloklanıb. Qruplaşma bloklanmanı aradan götürdükdən sonra da dəfələrlə yataqda işlər dayandırılıb. Buna səbəb silahlı qarşıdurmalar, işçilərin təxliyəsi və s digər problemlər olub.

Bundan əlavə, fevralın sonlarında Liviya milli neft şirkəti (National Oil Corp., NOC) “El-Fil” yatağında rəsmən fors-major elan edib. Bu vəziyyət ərazidə silahlı qruplaşmanın fəaliyyətilə əlaqələndirilib.

353 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ