Neftin yaxın zamanda 100 dollara olması gözlənilmir – Novak

Neftin yaxın zamanda 100 dollara olması gözlənilmir – Novak

“Neftin qiymətləri yaxın illərdə çətin ki, 2014-cü ildəki səviyyəsinə yüksələ bilsin”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

“Rusiya Energetika Nazirliyi bu il neft qiymətləri üçün bir barelə görə 50-60 dollar proqnozunu dəyişmir”, -deyə nazir vurğulayıb.

Qeyd edək ki, 2014-cü il yayın əvvəllərindən 2015-ci ilin sonlarına qədər Brent markalı neftin qiyməti bir barelə görə 115 dollardan 36 dollara qədər ucuzlaşıb. 2016-cı ildə isə qiymətlər 30 dollardan da aşağı düşüb. Ekspertlər belə ucuzlaşmanı tələbin azaldığı bir zamanda neft hasilatının yüksək həddə olması ilə izah ediblər.

Bazarda balansı bərpa etmək üçün 2016-cı ilin noyabrında OPEC neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması barədə razılaşıb. Dekabrın 10-da kartelə daxil olmayan 11 ölkə ümumi hasilatı 558 min barel azaltmaq barədə saziş imzalayıb.

OilGas.az

403 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ