Neftin ucuzlaşmasına görə Azərbaycanda sosial layihələr təxirə salınmayacaq

Neftin ucuzlaşmasına görə Azərbaycanda sosial layihələr təxirə salınmayacaq

Dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar Azərbaycanda dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcək.

Oilgas.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə bildirilib.

“2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaq.

Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək”, – müşavirədə qeyd olunub.

86 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ