Neftin son qiyməti

Neftin son qiyməti

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,44 dollar və ya 0,63% artaraq 70,82 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,33 dollar və ya 1,81% bahalaşaraq 74,73 dollar olub.

21 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ