“Neftin qiymətlərində kəskin ucuzlaşma baş verərsə…” – Manata qarşı TƏZYİQ

“Neftin qiymətlərində kəskin ucuzlaşma baş verərsə…” – Manata qarşı TƏZYİQ

“Dünya bazarında neftin qiymətlərində kəskin ucuzlaşma baş verərsə, məzənnədə ucuzlaşma olacaq”.

Faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın bahalaşma təzyiqi altında olduğunu bildirib.

Elman Rüstəmovun bu fikirləri manatın məzənnəsinin sabit saxlanmasının mümkünlük dərəcəsini yenidən aktuallaşdırıb.

Bu barədə Yenicag.az-a açıqlama verən iqtisadçı Qubad İbadoğlu qeyd edib ki, manata qarşı davam edən bahalaşma təzyiqinin azalacağı gözlənilsə də, bu, manatın sabitliyi üçün qəti təminat yaratmayacaq:

“Həqiqətən də, son illər manatın məzənnəsində bahalaşma təzyiqi müşahidə olunur. Hesab edirəm ki, bu təzyiq getdikcə aşağı düşəcək.

Eyni zamanda, dünya bazarında neftin kəskin və davamlı ucuzlaşması baş verərsə, o halda manatın sabitliyini saxlamaq çətin olacaq.

Manatın ucuzlaşması isə əhalinin gəlirlərinin dəyərsizləşməsinə və inflyasiyaya gitirib çıxaracaq”.

1248 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ