Neftin qiyməti üzrə proqnoz azaldılıb

Neftin qiyməti üzrə proqnoz azaldılıb

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il və 2018-ci il üçün neftin qiyməti üzrə proqnozunu dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə administrasiyanın aylıq hesabatında bildirilir. EIA bu il “Brent” markalı xam neftin orta qiymətinin 54 dollar/barrel, “Layt” markalı neftin orta qiymətinin isə 52 dollar/barrel olacağını nəzərdə tutur. Administrasiya keçən ay yayımladığı hesabatda “Brent” və “Layt” neftinin bir barrelinin orta qiymətinin müvafiq olaraq 55 və 54 dollar olacağını proqnozlaşdırırdı.

EIA neftin qiyməti üzrə proqnozunu gələn il üçün də dəyişib. Belə ki, administrasiya “Layt” markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu 56 dollardan 55 dollara endirib, “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu isə dəyişməyərək 57 dollarda saxlayıb.

OilGas.az

392 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ