“Neftin qiyməti 80 dollara çata bilər”

“Neftin qiyməti 80 dollara çata bilər”

“2018-ci ildə əmtəələrin ulduzu parlayacaq və neft qiyməti 80 dollar/barel səviyyəsinə yüksələcək”

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir proqnozu “Natixis Asset Management”in rəhbəri Yoon Chog Chong səsləndirib.

Onun sözlərinə görə, böyük neft istehsalçılarının hasilatın azaldılması razılaşmasına bağlılığı və Səudiyyə Ərəbistanının milli neft şirkəti “Aramco”nun xalqa təklifi ərəfəsində bazarda sabitliyin davam etməsini istəməsi qiymətləri dəstəkləyəcək.

Qeyd edək ki, Brent markalı neft sonuncu dəfə 2014-cü ilin noyabr ayında 80 dollar/barel səviyyəsində qərarlaşıb.

OilGas.az

214 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ