Neftin qiyməti 75 dolları ötdü – 4 illik rekord

Neftin qiyməti 75 dolları ötdü – 4 illik rekord

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,51 dollar və ya 0,74% artaraq 69,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar və ya 0,50% bahalaşaraq 75,08 dollar olub.

Qeyd edək ki, “Brent” markalı neftin dəyəri 2014-cü il noyabrın 27-dən etibarən ilk dəfə 75 dolları ötüb.

319 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ