“Neftin 60 dollara olması bizi qane edir” – Bijan Namdar Zanqane

“Neftin 60 dollara olması bizi qane edir” – Bijan Namdar Zanqane

OPEC ölkələrinin əksəriyyəti neft hasilatının minimum 6, maksimum 9 ay müddətinə uzadılmasına tərəfdardırlar.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın neft naziri Bijan Namdar Zanqane bildirib. Onun sözlərinə görə, neft hasilatçısı ölkələr hasilatın əvvəlcədən razılaşdırılmış gündəlik 1,8 milyon bareldən daha böyük həcmdə məhdudlaşdırılmasını müzakirə etməyiblər.

“OPEC ölkələrinin əksəriyyəti neftin bir barelinin 62-65 dollar səviyyəsində olmasından məmnundurlar. İranı neftin 60 dollara olması da qane edər”, -deyə nazir əlavə edib.

“Neft hasilatını azaldılması barədə sazişin müddətinin uzadılmasını istəməyən ölkələr varmı?” sualını cavablandıran Zanqane “belələri barədə eşitməmişəm” cavabını verib. O həmçinin qeyd edib ki, bütün OPEC+ ölkələri bazarda balansın nail olmasına ciddi səylə çalışır və lazım gəldiyi halda bu istiqamətdə daha çox addım atılmasına hazırdılar.

Qeyd edək ki, hazırda İranda neft hasilatının həcmi gündəlik 3,8 milyon barel təşkil edir. Ölkənin gündəlik neft ixracı həcmi isə 2,5 milyon barelə bərabərdir.

OilGas.az

99 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ