Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Neftin 100 dollara satılması gözlənilirmi? – Rəsmi açıqlama
“2019-2020-ci illərdə neft təlabatı çox böyük olacaq, “qara qızıl” isə 70-80 dollara satılacaq”.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Küveyt milli neft şirkətinin rəhbəri Nizar əl-Adsani bildirib. Onun sözlərinə görə, bu artım neft-qaz sahəsinə yatırılan investisiyaların azalmasıyla əlaqədardır.
“Neftin qiymətini bir daha 100 dollar/barel həddində görməyəcəyimiz aydındır. Lakin hələ ki neftin bir barelinin 50-60 dollara satılması hamını qane edir”, -deyə əl-Adsani bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında bu il neftin orta qiymətinin 60 dollar/barel olması gözlənilirdi. Bu qiymət isə IEA (54$) və Citigroup (65$) proqnozlarından çox da uzaq deyil.
OilGas.az
MÜZAKİRƏ