Neftə olan tələbat yüksələcək – Proqnoz

Neftə olan tələbat yüksələcək – Proqnoz

Beynəlxalq Energetika Agentliyi (International Energy Agency – IEA) 2017-ci il üçün dünya neft tələbatı proqnozlarını yüksəldib.

OilGas.az xəbər verir ki, təşkilatın yeni dərc olunan hesabatına əsasən, cari ildə dünyada neftə olan tələbat gündəlik 0,2 mln barel artıb. Bununla da gündəlik neft tələbatı 97,8 mln barelə çatıb.

IEA 2018-ci il üçün gündəlik neft tələbatı proqnozlarını da 0,2 mln barel yüksəldib. Beləliklə hesabata əsasən, növbəti il üçün gündəlik neft tələbatı 99,1 mln barelə bərabər olacaq.

OilGas.az

426 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ