Neftçilərin dostu, Yeni “Əsrin müqaviləsi”… – Neftçilər günündə fərqləndirdiklərimiz

Neftçilərin dostu, Yeni “Əsrin müqaviləsi”… – Neftçilər günündə fərqləndirdiklərimiz

Bu gün 20 Sentyabr – Neftçilər Günüdür.

OilGas.az öncədən vəd etdiyi kimi neft-qaz sahəsində fərqlənməsinə, fəaliyyətilə bu sektorun inkişafına dəstək olmasına görə 7 nominasiya üzrə mükafat müəyyənləşdirib.

Həmin nominasiyalar üzrə laureatların adlarını açıqlayırıq:

1. Azərbaycan neftçilərinə göstərdiyi daimi diqqət və qayğıya görə – Neftçilərin dostu nominasiyası (Prezident İlham Əliyev)

2. Neft strategiyasının davamlılığının təminatına görə – Yeni “Əsrin müqaviləsi” – Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”(AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması

3. Azərbaycan neft və qaz sənayesi İşçilərinin hüquqlarının müdafiəsinə görə – Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

4. İnsan Resurslarının beynəlxalq təcrübəyə əsaslanan idarəetmə prinsipləri nəzərə alınaraq daha effektiv icrası üçün SOCAR-da “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiyası” layihəsinin tətbiqi üzrə – İnsan Resursları Departamenti

5. Ölkənin sosial-iqtisadi yüksəlişində, əhalinin rifah halının yaxşılaşmasında mühüm roluna görə – SOCAR İstiqrazları

6. Neftçi peşəsinin şərəfliliyinin təbliğinə görə – SOCAR Media

7. Neft strategiyasının dolğun işıqlandırılmasında göstərdiyi xidmətlərə görə – Caspian Barrel saytı.

297 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ