Neftçilər oğurlandı – Terrorçular tərəfindən

Neftçilər oğurlandı – Terrorçular tərəfindən

“Boko Haram” terror qruplaşmasının üzvləri 10 neftçini oğurlamaqda şübhəli bilinirlər.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, Nigeriya dövlət neftçıxarma şirkəti “Nigerian National Petroleum Corporation”da (NNPC) müqavilə ilə çalışan əməkdaşlar itkin düşüb.

Şirkətin nümayəndəsi Ndu Ughamadunun sözlərinə görə, Maiduguri Universitetinin geoloqları və geodeziya mütəxəssisləri Çad gölü yaxınlığında neft kəşfiyyatı ilə məşğul olmalı olublar. 10 nəfər əməkdaş Borno əyalətində Jib kəndi yaxınlığında oğurlanıblar.

OilGas.az

 

246 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ