Neft tankerində partlayış – Ölən və yaralananlar var

Neft tankerində partlayış –  Ölən və yaralananlar var

Neft tankerində partlayış insan ölümünə yol açıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Əfqanıstanın şərqində Kabul çayında qeydə alınıb. Partlayış nəticəsində ən azı 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Hadisəyə səbəb tankerə bərkidilmiş bombanın partlaması olub.

Partlayış və ardınca baş verən yanğın nəticəsində yaxınlıqdakı 20 maşın yanıb.

Hələ ki, heç bir qruplaşma baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

146 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ