Neft tankeri partladı: 1 ölü, 31 itkin – VİDEO

Neft tankeri partladı: 1 ölü, 31 itkin – VİDEO

Şərqi Çin dənizində qəza zamanı alışan “Sanchi” neft tankeri partlayıb.

OilGas.az xəbər veirr ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Xilasetmə briqadası tankerdə yanğını söndürmək üçün köpükdən istifadə edib. Partlayış da məhz bundan sonra baş verib.

Qeyd edək ki, “Sanchi” neft tankerində 136 min ton İran nefti olub. Tankerin heyətindən 1 nəfərin meyiti tapılıb. Daha 31 nəfərin axtarışları davam edir.

Xatırladaq ki, Panama bayrağı ilə İrandan Cənubi Koreyaya hərəkət edən “Sanchi” neft tankeri və Honkonqa məxsus yük gəmisi “CF CRYSTAL” toqquşub. Toqquşma nəticəsində tankerdə yanğın baş verib. İran şirkətinə məxsus tankerdə 32 nəfər (30-u İran, 2-si isə Banqladeş vətəndaşı), yük gəmisində 21 nəfər olub. Yük gəmisinin heyəti xilas edilsə də, tankerin heyətilə əlaqə itirilib.

OilGas.az

291 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ