Neft tankeri həbs olundu – İçərisində 16 dənizçiylə

Neft tankeri həbs olundu – İçərisində 16 dənizçiylə

Nigeriyada İsveçrəyə məxsus “San Padre Pio” tankeri həbs olunub.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, qanunsuz yanacaq ticarətinə görə həbs olunan tankerdə 16 nəfər Ukrayna vətəndaşı olan dənizçi olub.

Tankerin kapitanı Andrey Vaskov bildirib ki, Nigeriya donanmasından 5 ton yük çatdırmaq üçün icazə alıb. Onun sözlərinə görə, bununla gəmi Nigeriya limanına 5-ci dəfə daxil olub.

Tankerin hələ yanvar ayında həbs olunmasına baxmayaraq, buna dair məlumat hələ indi yayılıb.

Hazırda gəmi Nigeriyanın cənub şərqində Bonni gəmi dayanacağındadır.

182 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ