Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Neft tankeri balıqçı qayığıyla toqquşdu
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”ya məxsus bir tanker balıqçı qayığı ilə toqquşub.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, El-Hafeci sahilində baş verən qəza nəticəsində içərisində hindistanlıların olduğu balıqçı qayığı tərs çevrilib. Qayıqdakı heyətdən 4 nəfəri xilas etmək mümkün olub. Lakin bir nəfər hələ də itkin hesab olunur.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
Qəzanın hansı səbəbdən baş verməsinə dair məlumat yoxdur.
MÜZAKİRƏ