Neft şirkətinə məxsus vertolyot qəzaya uğradı – Ölən və itkin düşənlər var

Neft şirkətinə məxsus vertolyot qəzaya uğradı – Ölən və itkin düşənlər var

İranda vertolyot qəzaya uğrayıb.

OilGas.az İRNA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Fars körfəzində qeydə alınıb.

İranın neft şirkətinə məxsus vertolyot Lavan adasından Kiş adasına uçaraq xəstəxanaya pasient aparıb.

Qəza zamanı vertolyotun göyərtəsində 5 nəfər olub. Hadisə nəticəsində yaralı və həkimi ölüb, pilot xilas ola bilib. Daha 2 nəfər itkin hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

582 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ