Neft satışı üzrə birgə müəssisə yaradıldı – LIMA Energy

Neft satışı üzrə birgə müəssisə yaradıldı – LIMA Energy

İraq dövlət neft şirkəti SOMO və Lukoil treydinq mərkəzi olan Litasco birgə müəssisə yaradıblar.
OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, LIMA Energy İran və digər region ölkələrindən neftin satışı ilə məşğul olacaq. Müəssisənin baş gərargahı isə Dubayda yerləşəcək.
Mənbənin verdiyi məlumata görə, SOMO LIMA-ya çalışmaq üçün neft tədarükü şöbəsinin rəhbəri də daxil olmaqla 10 işçisini köçürə bilər.
Xatırladaq ki, aprel ayının əvvəllərində İraq neft naziri SOMO və Litasco arasında razılıq əldə olunduğunu bildirib, lakin detalları açıqlamayıb.

OilGas.az

421 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ