“Neft rallisini” nə dayandırdı?

“Neft rallisini” nə dayandırdı?

“Şist neft hasilatı qlobal bazarda “neft rallisini” dayandırdı”.

OilGas.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramovun deyib. Onun sözlərinə görə, bu həftə ABŞ-da quyuların sayının 13 ədəd artması neftin dünya bazar qiymətinin bu gün 3 faizdən çox azalmasına səbəb oldu. “Artıq Brent markalı neftin 1 bareli 77 dollardan ucuz satılır. Qeyd edək ki, 2018-ci ildə isə sözügedən ölkədə quyuların sayında 151 ədəd artım qeydə alınıb. Mayın 18-də ABŞ gündəlik neft hasilatını 10.7 milyon barelə çatdırıb ki, bu da okeanın o tayında “qara qızıl” istehsalının artmasından xəbər verir. Digər tərəfdən, Rusiya ilə Səudiyyə Ərəbistanının məhdudlaşdırılmış neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı müzakirələri də neft bazarına təsirsiz ötüşmədi. Müzakirələrin nəticəsi olaraq hansı qərarın verilməsi isə iyunun 22-də bəlli olacaq.

OPEK proqnozlaşdırılmayan mövcud yüksək qiymətlər fonunda bazar payının itirmələrindən ehtiyatlanır. Bu baxımdan da, OPEK+ tərəfindən bazar payını qoruyub saxlamaq üçün hasilat həcminə yenidən baxması istisna deyil. Eyni zamanda, istehlakçı ölkələr də neftin mövcud qiymətlərindən məmnun görsənmirdilər. Yaponiyanın ərəb tərəfdaşlarına yüksək qiymətlərinin arzuolunan olmaması ilə bağlı mesajı da məhz bundan xəbər verir. Bütövlükdə, ABŞ-İran gərginliyi istisna olmaqa hazırda digər heç bir faktor neft bazarına yüksək qiymətlər vəd etmir. Neftin qiymətində hələlik kəskin azalmalar gözlənilməsə də, yüksək neft qiymətlərinə qayıdış inandırıcı deyil. Bu baxımdan neft ölkələri üçün “neft bumunun” artıq arxada qaldığını söyləmək heç də çətin deyil”.

283 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ