Neft quyusuna silahlı hücum – 2 polis öldü

Neft quyusuna silahlı hücum – 2 polis öldü

İraqın Kərkük şəhərində yerləşən neft quyusuna silahlı hücum olunub.

OilGas.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində neft quyusunu mühafizə edən iki polis ölüb, biri isə yaralanıb.

Bu barədə məlumatı Kərkük polis idarəsinin mətbuat xidmətinin rəhbəri Afrasyav Kamil də təsdiqləyib.

O, Hubbaza neft sahəsində yerləşən 43 nömrəli quyuya İŞİD tərəfindən hücum edildiyini bildirib: “İŞİD üzvləri Kərkükün cənubunda dağlıq və qamışlıq ərazilərdə gizlənirlər. Neft quyularına təşkil edilən silahlı hücumların artmasına görə narahatıq. Dövlətin gəlir mənbəyi olan həmin ərazilər ciddi şəkildə qorunmalıdır. Əks halda daima bu cür problemlərlə qarşılaşacağıq”.

 

 

542 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ