Neft qiymətlərinin OPEC-ə vurduğu zərbə – 1 trilyon dollar

Neft qiymətlərinin OPEC-ə vurduğu zərbə  – 1 trilyon dollar

Neft Ixrac Edən Ölkələr Birliyi (OPEC) 2015-2016-cı illərdə 1 trilyon dollardan çox pul itirib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə kartelin Baş katibi Məhəmməd Barkindo məlumat verib.

Onun sözlərinə görə, son 2 il ərzində OPEC ölkələri təkcə investisiyaların azalmasıyla deyil, ucuz qiymətlərə görə neft gəlirlərinin aşağı düşməsiylə də üzləşiblər.

Qeyd edək ki, neft qiymətləri əsasən 2014-cü ildən ucuzlaşmağa başlayıb. Bu zaman qiymətlər bəzən 100 dollar həddinə çatsa da, 2015-ci ilin fevralında neftin bir bareli 28 dollar həddinə qədər enib. Ekspertlərin fikrincə, 2015-2016-cı illərdə neft hasilatına yatırılan sərmaye 2 dəfə aşağı düşüb.

OilGas.Az

261 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ