“Neft qiymətlərinin kəskin ucuzlaşmasına hazır olmaq lazımdır”

“Neft qiymətlərinin kəskin ucuzlaşmasına hazır olmaq lazımdır”

“Sberbank”ın rəhbəri German Qref birja forumunda neft qiymətlərinin sistemli aşağı düşməsinə hazır olmağa çağırıb.
Oilgas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Qref sözügedən ucuzlaşmanın 2030-cu ildən başlayacağını qeyd edib. O, bu ucuzlaşmanı OPEC-in “bazardan çıxması” və Şimali Amerikada şist nefti hasilatının artmasıyla əlaqələndirib:

“Neftə inam yoxdur. Artıq aydındır ki, hazırki böhran dövrü yox sistemlidir. Bu alovlanan tonqalı pulla doldurmaq olmaz, o daha parlaq olacaq”.

Qref qeyd edib ki, gələcəyin iqtisadiyyatı intellektual olacaq. Ona yalnız elm və təhsilin, dövlət idarəetmə sisteminin inkişafı və dövlət sektorunun məhdudlaşdırılması yolu ilə keçmək mümkün olacaq

Oilgas.az

392 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ