Neft qiymətləri yenidən bahalaşacaq? – Nikbin proqnoz

Neft qiymətləri yenidən bahalaşacaq? – Nikbin proqnoz

Neft hasilatının azaldılması barədə Vyana sazişinin müddəti uzadıldıqdan sonra neft qiymətində gözlənilməz ucuzlaşma baş verib. Buna baxmayaraq ekspertlər nikbin praqnozlor verməkdə davam edirlər.

OilGas.az xəbər ki, analitiklərin fikrincə, neft qiymətinə müsbət təsir göstərə biləcək bir sıra amillər var:

1.Neft təlabatı stabildir. Beynəlxalq Enerji Agentliyinin 2017-ci ilin birinci rübündə dünya neft təlabatına dair proqnozlarını gündəlik 1,4 milyon bareldən 1,3 barelə qədər aşağı salmasına baxmayaraq, təlabat stabil olaraq qalıb.

2016-cı ilin sonlarında neft təlabatı gündəlik 97 milyon bareldən bir az çox olub.

2.Neft ehtiyatlarında azalma müşahidə olunur. Ötən ilin noyabr ayından etibarən dünya neft ehtiyatları azalmağa başlayıb. Buna səbəb OPEC və kartelə daxil olmayan 11 ölkənin neft hasilatını azaltmaq barədə saziş imzalaması olub. Mayın 25-də isə bu sazişin müddəti 2018-ci il aprelin 1-ə qədər uzadılıb.

Sazişin effektivliyini analiz etmək hələ ki çətin olsa da, bazarda tələb və təklif arasında balans yarandığını görmək çətin deyil.
3. Yeni neft yataqlarının kəşfi azalıb. Buna görə də dünya iqtisadiyyatı köhnə yataqlardan asılı olub. Bu yataqlardan isə sadəcə lazım olan həcmdə neft hasil etmək olur.

Ümumiyyətlə neft şirkətləri yeni yataqlara daha az investisiya yatırırlar. Eyni zamanda, bir çox şirkətlər yeni yataqların kəşfinə daha az sərmaye ayırmaqla xərcləri azlatmağa üstünlük verirlər.
4. Asiyada daxili hasilat azalıb. Çində hasilatın həcmində azalma müşahidə olunur. Ekspertlər bundan sonra da hasilatın azalmasının davam edəcəyini proqnozlaşdırırlar. Lakin əhalinin artmasıyla neft təlabatı da artır. Odur ki, Çinin gələcəkdə idxaldan asılı vəziyyətə düşəcəyi ehtimal edilir.

Bundan əlavə, Hindistan, İndoneziya və digər Asiya ölkələrində də hasilat azalır.

Ekspertlərə görə, bu, dünya neft bazarında təlabatın artmasına gətirib çıxaracaq.

347 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ