“Neft qiymətləri sürətlə ucuzlaşacaq” – Ekspertdən şok açıqlama

 “Neft qiymətləri sürətlə ucuzlaşacaq” – Ekspertdən şok açıqlama

“Neft hasilatının azaldılması barədə sazişin ən zəyif cəhəti ondan ibarətdir ki, bir gün bu anlaşma bitəcək. Razılaşmanın müddəti başa çatdıqdan sonra yenidən hasilatın artırılması məsələsi gündəmə gələcək”.

Bu sözləri OilGas.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, hasilatın azaldılmasına daim razılaşa-razılaşa neft qiymətlərinə təsir etmək mümkün olmayacaq. Odur ki, böyük ehtimalla, bu barədə də müzakirələr aparılacaq:

“Rusiyanın energetika naziri Aleksandr Novak hasilatın daha kiçik həcmdə azaldılması  yolu ilə sazişdən yumşaq çıxış təklif edib. Təklif ondan ibarət olub ki, müqavilə birdən-birə qüvvədən düşməsin. Hər 3 aydan, 6 aydan bir hasilatın daha kiçik həcmdə azaldılması elan olunsun. Məsələn, OPEC gündəlik hasilatı 1,3 milyon barel deyil, 800 min barel azaltsın. Digər ölkələr də hasilatı məhdudlaşdırma həcmini yarı-yarıya azaltsınlar. Belə bir formada bazarı bu xəbərə öyrətsinlər.

Lakin mən düşünürəm ki, bu, işlək bir formul deyil. Çünki bazar və birjalar bu məsələlərə daha həssasdır. Bu anlaşmanın vaxtı bitən kimi hasilatın artması ehtimalının yüksək olması neft qiymətlərinə ciddi təsir göstərəcək. Zənnimcə, bu müqavilə bitdikdən sonra neft qiymətləri sürətlə ucuzlaşacaq”.

OilGas.az

418 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ