Neft qiymətləri neçəyə olmalıdır: 40 yoxsa 90 dollar? – SORĞU

Neft qiymətləri neçəyə olmalıdır: 40 yoxsa 90 dollar? – SORĞU

Dünya neft bazarında son günlər müşahidə olunan aşağı qiymətlər ekspertlər tərəfindən bədbin proqnozların irəli sürülməsinə səbəb olub.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər arasında keçirilən sorğuda iştirak edən “CEF Holdings” şirkətinin sədri və baş direktoru Uorren Gilman  neft qiymətlərinin 40 dollara olmasını ədalətli hesab edir:

“Hesab edirəm ki, qiymətlər 40-45 dollar aralığında olmalıdır. Bəlkə də daha çox aşağı həddə yaxın olması gözləniləndir”.

“Neft 50 dollara satılanda bazarda özünü doğrutmayan optimizm formalaşdı. Əvvəl də dediyim kimi, bazar iştirakçıları OPEC-ə çəhrayı eynəklərdən baxırdılar. Lakin indi etiraf etmək lazım gəlir ki, OPEC üzvləri təkcə hasilat həcmini artırmır, neftə olan  tələb də artır. Belə şərtlərlə qara qızıl qiymətləri birdən-birə nə üçün yüksəlməlidir?”, -deyə ekspert əlavə edib.

“Kleinwort Hambros”un baş eksperti Fahad Kamal da eyni nəzər nöqtəsini dəstəkləyir:

“Bilmirəm, qiymətlər 40 dollardan daha aşağı düşəcək, ya yox. Lakin əminliklə deyə bilərəm ki, hər barelə görə 45-55 dollar diapazonu real olacaq. Səbəb eynidir: biz həddən artıq çox neft istehsal edirik”.

Lakin neft bazarına qarşı heç də hər kəs belə bədbin deyil. Məsələn, “Fiera Capital”ın eksperti Jan-Qay Desardinsin proqnozlarına əsasən, neft qiymətləri 2 dəfə artmalıdır:

“Dünya üzrə tələb və təklifin fundamental rəsmi neft qiymətlərinin artacağını deməyə əsas verir. Qiymətlərdə artım başlayanda, bu, davamlı olacaq. Ehtimal edirəm ki, qiymətlər 90 dollara qədər yüksələ bilər. Lakin 6 aydan sonra yox, təxminən bir neçə ildən sonra”.

OilGas.az

240 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ