Neft qiymətləri maya dəyərini qarşılamır

Neft qiymətləri maya dəyərini qarşılamır

Nəhəng şirkətlər Brent markalı neft hasilatına sərf etdikləri maya dəyərini satış qiymətlərilə qarşılaya bilmirlər.

OilGas.az xəbər verir ki, BP, Shell, Eni və Galp kimi şirkətlərin şəxsi qiymətləndirməsinə əsasən, 2017-ci il üçün onların Brent markalı neft hasilatı bir barelə görə 55 dollar təşkil edəcək. Lakin qiymətlərin qəfildən kəskin aşağı düşməsi nəhəng şirkətləri çətin vəziyyətə salıb.

Ekspertlərin böyük bir qismi hesab edir ki, bu ilin ikinci yarımilliyində bazarda balanslaşdırma davam edəcək. Lakin qiymətlərin əvvəlki həddə qayıtması üçün bu balanslaşdırmanın kifayət etməyəcəyi düşünülür.

2017-ci il üzrə Brent markalı neftin orta qiymətinin 55 dollar təşkil etməsi üçün kotirovkalar dərhal ən azı 57 dollara qədər (+21%) yüksəlməli və dekabrın sonuna qədər bu həddə qalmalıdır.

Qeyd edək ki, Repsol, Statoil, Total, Mol və OMV hasilatın maya dəyərini 55 dollardan aşağı endirməyi vəd etmişdilər.

OilGas.az

 

257 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ