Neft qiymətləri hansı şərtlə yüksələ bilər? – Hər şey Səudiyyə Ərəbistanından asılıdır

Neft qiymətləri hansı şərtlə yüksələ bilər? – Hər şey Səudiyyə Ərəbistanından asılıdır

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) gündəlik neft hasilatını daha 700 min barel azaltmalıdırlar.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bunu FGE konsaltinq şirkətinin sədri Fereydun Feşaraki bildirib. Onun sözlərinə görə, məhz bu addım neft qiymətlərinin 50 dollara qayıtmasına kömək edə bilər.

Feşaraki hesab edir ki, “qara qızıl” hasilatını böyük həcmdə məhdudlaşdıra biləcək yeganə ölkə Səudiyyə Ərəbistanıdır və böyük ehtimalla, qiymətləri qaldırmaq üçün ölkə məhz belə də edəcək:

“Səudiyyə Ərəbistanı neft hasilatını asanlıqla gündəlik 500-600 min barel azalda bilər”.

Şirkət rəhbəri bildirib ki, əgər Səudiyyə Ərəbistanı əlavə məhdudlaşdırmaya başlamasa, neft qiymətləri 40 dollara və ya daha aşağı düşə bilər.

OilGas.az

 

269 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ