Neft paktına yeni iştirakçılar cəlb olunur

Neft paktına yeni iştirakçılar cəlb olunur

Neft hasilatının azaldılması barədə Vyana sazişinə yeni iştirakçıların cəlb edilməsi üçün məsləhətləşmələr davam edir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə kartelin Baş katibi Məhəmməd Barkindo məlumat verib.

“Ötən ilin dekabr ayında tarixi sazişi imzalamaq üçün 24 istehsalçı ölkəni bir yerdə toplayanda, aydın şəkildə bildirdik ki, saziş digər ölkələr üçün də açıqdır. Bu ölkələr könüllülük əsasında, bazarın bərpası təşəbbüsilə bu sazişdə iştirak etmək istəyə bilərlər”, -deyə Barkindo qeyd edib.

Baş katibin sözlərinə görə, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih və Rusiyanın energetika naziri Aleksandr Novak ilə birgə perspektivli namizədlərin cəlb edilməsi üzrə məsləhətləşmələr aparılır.

Sazişin öhdəliklərinə riayət edilməsinin önəmindən bəhs edən Barkindo bu sayədə sazişə qəti qarşı olanların şübhələrindən azad olduqlarını qeyd edib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

Kartel nazirlərinin növbəti görüşünun noyabrda Vyanada keçirilməsi planlaşdırılır.

OilGas.az

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ