“Neft ölkəsiyik, neft tapa bilmirik” – OPEC ölkəsində böhran

“Neft ölkəsiyik, neft tapa bilmirik” – OPEC ölkəsində böhran

Nigeriyada bəzi neft şirkətləri bazara çıxarılan neft məhsullarının sayını azaldıb.

OilGas.az xəbər verir ki, bu səbəbdən yanacaqdoldurma məntəqələrində (YDM) böyük növbələr yaranıb.

Nigeriya Milli Neft Şirkəti (Nigerian National Petroleum Company, NNPC) neft böhranını aradan qaldırmaq üçün müəyyən addımlar atsa da, Abuja, Kano, Laqos kimi şəhərlərdə əhali saatlardır növbələrdə dayanıb. Bu isə insanların etirazına səbəb olub.

Belə ki, insanlar “neft ölkəsiyik, amma neft tapa bilmirik”, deyə şikayətlənməyə başlayıblar.

İddialara görə, Nigeriyada neft mancanaqların azdır. Elə bu səbəbdən də ölkədə istehsal olunan neftin bir qismi bəzi şirkətlər tərəfindən xaricdə emal olunduqdan sonra yenidən ölkəyə qaytarılır və baha qiymətə satılır.

Qeyd edək ki, OPEC üzvü olan Nigeriya hazırda neft ehtiyatlarına görə ilk onluqdadır.

OilGas.az

 

394 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ