Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Neft oğruları tutuldu
Türkiyədə neft oğruları həbs olunub.
OilGas.az türk mediasına istinadə xəbər verir ki, Ceyhan-Kırıkkale boru kəmərindən oğurluq edən şəxslər barədə 2 ildir axtarış elan olunsa da, onları yalnız indi ələ keçirmək mümkün olub.
Niğde jandarması tərəfindən boru kəmərinin keçdiyi bölgə təlim görmüş itlər vasitəsilə nəzarətə götürülüb. Boru kəmərinin 169-cu kilometrində dayanan furqonda 5 ton xam neft tapılıb. Qaranlıqdan istifadə edib qaçan 5 şübhəli siqnal təqibiylə saxlanılıb.
Şübhəlilər növbətçi məhkəmənin qərarıyla həbs olunublar.
Qeyd edək ki, neft kəməri Türkiyənin “Botaş” şirkətinə məxsusdu.
MÜZAKİRƏ