Neft necə yaranıb? – Balıq yağı, heyvan qalığı, ya mineral maddələr…

Neft necə yaranıb? – Balıq yağı, heyvan qalığı, ya mineral maddələr…

Neft karbohidrogenlərin və digər üzvi birləşmələrin qarışığından ibarət yanar mayedir.

Bəs neftin mənşəyi nədir?

Alimlər bu yanar mayenin mənşəyilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Onun üzvi mənşəli olduğunu düşünənlər də var, qeyri-üzvi mənşəli olduğunu hesab edənlər də.

Qeyri-üzvi nəzəriyyəyə görə neft yerin mantiyasında qeyri-üzvi üsulla əmələ gəlib. Alman alim A.Humbolt, fransız alim M.Bertlo qeyri-üzvi nəzəriyyənin tərəfdarlarıdır.

Üzvi nəzəriyyəni irəli sürən alimlər isə neftin bitki və heyvan qalıqlarının çökmə süxurlarda parçalanması nəticəsində əmələ gəldiyini iddia edirlər. Alman alim K.Enqler, rus alim N.D.Zelinski və digər alimlər bu nəzəriyyənin tərəfdarlarıdır.

 

1149 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ