Neft məhsullarının avtomobillərlə xaricə daşınması dayandırıldı – Qazaxıstanda

Neft məhsullarının avtomobillərlə xaricə daşınması dayandırıldı – Qazaxıstanda

“Neft məhsullarının avtomobil nəqliyyatı vasitəsilə xaricə daşınmasına 6 ay qadağa qoyulur”.

Oilgas.az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər, Maliyyə, Enerji nazirlikləri və Milli Təhlükəsizlik Komitəsi tərəfindən birgə əmr imzalanıb.

Əmrə əsasən, yalnız yanacaq baklarında və ya ayrıca qablarda daşınan 20 litrədək yanacaq məhsullarına şamil olunmayan bu qadağa noyabrın 2-dən qüvvəyə minib.

Bundan əvvəl benzin və dizel yanacağının qonşu Özbəkistan, Qırğız Respublikası və Rusiyadan ucuz olduğu səbəbindən həmin ölkələrlə sərhədboyu bölgələrdə tranzit nəqliyyat vasitələri tərəfindən yanacaq və sürtgü materiallarının ifrat həcmdə istehlak olunduğu açıqlanmışdı.

25 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ