Neft mədənində uçqun – Xəsarət alanlar var

Neft mədənində uçqun – Xəsarət alanlar var

Uxtada neft mədənində uçqun baş verib.

OilGas.az İnterfaks-a istinadən xəbər verir ki, dağıntılar altında qalan mədənçiləri xilas etmək üçün hadisə yerinə dərhal xilasedicilər çağırılıb. Mədənçilərdən ikisi yüngül xəsarət alıb.

Digər bir mənbə isə uçqun zamanı mədəndə 100-dən çox insanın olduğunu bildirib. Mənbənin sözlərinə görə, yaralananlar əsasən müxtəlif dərəcəli sınıq və onurğa sütununun zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, uçquna səbəb texniki təhlükəsizlik qaydalarının pozulmasıdır.

OilGas.az

 

213 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ