Neft-kimya zavodunda patlayış – 1 ölü, 6 yaralı

Çinin Şandun vilayətində yerləşən neft-kimya zavodunda partlayış olub.

OilGas.az Sinxua agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. 7 nəfər isə itkin düşmüş hesab olunur.

Partlayışdan sonra güclü yanğın başlayıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürən maşınlar cəlb olunub.

OilGas.az

 

213 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ