Neft-kimya sahəsində yeni anlaşma memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi “SOCAR Methanol” MMC ilə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) arasında anlaşma memorandumu imzalanıb.

OilGas.az “SOCAR Methanol”a istinadən xəbər verir ki, sənədi şirkətin baş direktoru Elnur Mustafayev və institutun direktoru Vaqif Abbasov imzalayıblar.

İki qurum arasında elmi-praktiki və istehsal sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün şərait yaradan anlaşma memorandumu bir neçə istiqamət üzrə həyata keçiriləcək. Bu istiqamətlər metanolun tətbiqi sahəsində yeni istehsal imkanlarının müəyyən edilməsi, habelə metanolun istehsalının təkmilləşdirilməsi ilə bağlı elmi-texniki əməkdaşlığın edilməsini əhatə edir.

OilGas.az

 

198 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ