Neft kəmərində sızma – Sakinlər evakuasiya olundu

Neft kəmərində sızma – Sakinlər evakuasiya olundu

Texas ştatında Magellan Midstream Partners şirkətinin neft kəmərində sızma olub.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, zərərin dəyəri 1,2 min barel (190 min litrdən çox) olaraq qiymətləndirilir.

Longhorn neft kəməri sistemində sızıntı texniki xidməti həyata keçirən podratçı şirkət kəməri zədələdikdən sonra baş verib. Qəzanın baş verdiyi ərazidən 1,6 kilometr məsafədə yerləşən sakinlər evakuasiya olunublar.

Hazırda sızıntı dayandırılıb. Baş verən qəza neftin qiymətinə təsir etməyib.

OilGas.az

 

215 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ