Neft kəmərində partlayış – Terror aktı?

Neft kəmərində partlayış – Terror aktı?

Liviyada neft kəmərində partlayış baş verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, neft yataqlarından Əs-Sidr limanına uzanan kəmərdə partlayış naməlum silahlı şəxslər tərəfindən təşkil edilib. Marda yatağıyla liman arasında baş verən partlayışın terror aktı olduğu düşünülür. Hadisədən sonra ərazidə çalışan mühəndis briqadası ilə əlaqə kəsilib.

Partlayış nəticəsində Liviyada nəql edilən neft həcmi gündəlik 90 min barel azalıb. Liviya Milli Neft şirkəti (National Oil Corp., NOC) hələ də zərərin miqdarını hesablayır.

Qeyd edək ki, neft kəməri Liviyanın Al Waha Petrochemical Company (Al-Waha) neft şirkətinə məxsusdur.

OilGas.az

59 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ