“Neft hələ 50 il əsas enerji mənbəyi olacaq”

“Neft hələ 50 il əsas enerji mənbəyi olacaq”

“Korbohidrogenlər ən azı 50 il Yür kürəsində əsas enerji mənbəyi olacaq”

Oilgas.az “1prime” portalına istinadən xəbər verir ki, bu barədə “Qlobal enerji” mükafatı üzrə laureat, proefessor Mixael Qrettsel məlumat verib.

“Neft növbəti 50 il ərzində əsas enerji mənbəyi olaraq qalacaq. Ola bilsin ki, qaz daha uzun müddət əsas enerji rolunda çıxış etsin. Lakin qlobal istiləşməni də nəzərə almaq lazımdır. Mineral resurslardan istifadə zamanı Yer kürəsində temperatur artır. Ona görə də, digər mənbələr daha vacib xarakter daşıyır”, -deyə Qrettsel bildirib.

İsveçrəli professor Qrettsel cümə axşamı “Qlobal enerji” mükafatı üzrə laureat olub. O, “Qrettsel elementləri” kimi tanınan günəş elementlərini hazırlamsına görə qalib elan olunub.

Oilgas.az

395 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ