Neft həftəyə ucuzlaşmayla başladı

Neft həftəyə ucuzlaşmayla başladı

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

OilGas.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,44% azalaraq 65,59 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar və ya 0,21% ucuzlaşaraq 70,30 dollar olub.

57 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ