Neft hasilatının azaldılmasından qazanılan 40 milyard

Neft hasilatının azaldılmasından qazanılan 40 milyard

Neft hasilatının azaldılması barədə Vyana sazişi Rusiya və Səudiyyə Ərəbistanının büdcələrinə 40 milyard dollar əlavə gəlir qazandırıb.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev məlumat verib.

Onun sözlərinə görə, iki ölkənin neft qiymətlərinin stabilləşməsi üzrə əməkdaşlığı “öz bəhrəsini verdi”.

Fond rəhbəri qeyd edib ki, əgər ölkələr müvafiq sazişi bağlamasaydı, neft qiymətləri 35 dollardan da aşağı düşə bilərdi.

Qeyd edək ki, oktyabrın 4-də Səudiyyə Ərəbistanının kralı Rusiyaya səfər edib. Bu, iki ölkə arasındakı diplomatik münasibətlər tarixində ilk belə səfərdir.

OilGas.az

233 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ