Neft hasilatının azaldılması sadəcə 3 aylıq uzadılacaq?

Neft hasilatının azaldılması sadəcə 3 aylıq uzadılacaq?

Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması barədə qəbul etdiyi sazişin müddəti uzadılacaq.
OilGas.az “Forexpf.ru”ya istinadən xəbər verir ki, sözügedən açıqlama ilə “Bank of America”nın analitikləri çıxış edib. Onların fikrincə, bu barədə ehtimallar irəli sürmək mənasızdır. Belə ki, müddətin uzadılması bütünlüklə qiymətlərdə nəzərə alınıb. Lakin bu müddət 6 ay yox, 3 ay olacaq:

“Bu, iştirakçılara daha möhkəm mövqe tutmaq və hadisələrin necə cərəyan edəcəyinə baxmaq imkanı verəcək”.

Xatırladaq ki, ötən il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və müddətinin uzadılması nəzərdə tutulub.

OilGas.az

383 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ