Neft hasilatını azaltmaq üçün çalışdılar – Putin mükafatlandırdı

Neft hasilatını azaltmaq üçün çalışdılar – Putin mükafatlandırdı

Neft hasilatının azaldılması barədə Vyana sazişinin danışıqlarında iştirak edən Rusiya Energetika Nazirliyinin əməkdaşları ordenlərlə təltif olunublar.

OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mükafatlandırılma barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Rusiya Energetika Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Roman Marşavin “Dostluq” ordeni, Rusiya Energetika Nazirliyinin Analiz Mərkəzinin rəhbəri Pavel Sorokin ikinci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordenilə təltif olunublar.

Roman Marşavin və Pavel Sorokin neft hasilatının azaldılması barədə sazişin hazırlanması və razılaşdırılmasında fəal iştirak ediblər.

Xatırladaq ki, ötən ilin sonlarında OPEC və kartelə daxil olmayan digər neft ixracatçıları neft hasilatının azaldılması barədə saziş imzalayıblar. Saziş bu ilin birinci yarımilliyi üçün nəzərdə tutulub. May ayında Vyanada sazişin müddəti daha 9 ay uzadılıb.

OilGas.az

 

174 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ