ABŞ-ın neft emalı zavodunda yanğın

ABŞ-ın neft emalı zavodunda yanğın

Valero şirkətinə məxsus neft emalı zavodunda (NEZ) yanğın baş verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Texas ştatının Texas-Siti şəhərində qeydə alınıb.

Hadisə yerinə dərhal yanğınsöndürən briqada cəlb olunub.

Yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir. Yerli sakinlərə yaxınlıqdakı sığınacaqlara getmək tövsiyə olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

183 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ